Şəmkirdə ağır qəza — Ölən və yaralanan var

Baxış sayı:
9157

Şəmkir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Çənlibel kəndində qeydə alınıb.
Belə ki, "VAZ-21010" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sərnişin - Ələsgərov Xaliq Nadir oğlu ölüb, avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Abdiyev Vüsal Rasim oğlu isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.