ŞƏMKİR ÜZƏRİNDƏ ERMƏNİ APARATI VURULDU - Hədəfin məhv edilmə anı / VİDEO

Baxış sayı:
1012

Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

***

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

Bu barədə Şəmkir rayon sakinləri sosial şəbəkədə məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi eşidilib.

Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb.

Saytın əldə etdiyi qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb.

Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.