​“Səməd Seyidovun hədəfə götürülməsi...” - FƏZAİL İBRAHİMLİ

Baxış sayı:
5197

“Avropa Şurasının qəbul etdiyi qərar sabitliyi pozmaq, inkişafa mane olmaq məqsədi daşıyır”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail İbrahimli deyib.
Millət vəkili əlavə edib ki, Avropa Şurası Parlament Assambleyasında Səməd Seyidovu hədəfə götürülməsi təsadüfi deyil:
“Səməd Seyidov AŞPA-da gedən prosesləri dərindən bilən, öz çıxışlarında daima ikili standartlara cavab verən şəxslərdən biri olub. İnanıram ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti bundan sonra daha güclü fəaliyyət göstərəcək, öz sözünü deyəcək”.