​Smartfon işlədənlərə və telekanal əməkdaşlarına ismarıc — Papa qəzəblənib

Roma Papası Fransisk müasir texnikaların, əsasən də mobil telefonların əlindən təngə gəldiyi barədə şikayətlənib.
Muxalifet.az  xəbər verir ki, o, bu barədə Sankt-Peter meydanında danışan zaman bildirib. Papanın sözlərinə görə, dua etməyə gələnlər mobil telefon, əsasən də smartfonlarla kilsənin ahəngini pozurlar.
Papa bundan başqa, telekanallarda gedən verilişlərdən də şikayətlənib. Onun fikrincə, ailə ilə birlikdə şam zamanı telekanallara baxmaq mümkünsüz hala gəlib: “Burada əxlaqsızlıq və kütləvi qırğınlar, eləcə də zorakılıqlar təbliğ olunur”.
Papa Fransisk həmçinin bildirib ki, internet rusurslarından geniş istifadə edir. O, internetdən digər ölkələrdə yaşayan dindarlarla əlaqə saxlamaq üçün istifadə etdiyini deyib. Onun “Twitter” hesabını 40 milyondan çox insan izləyir.