​Sloveniya Fəlsətini TANIYACAQ

Baxış sayı:
3329

Sloveniyanın xarici işlər naziri Karl Eryavek ölkəsinin Fələstini tanımaq zamanı gəldiyini deyib.
Muxalifət.az xəbər verir ki, nazir bu barədə Sloveniyada koalisiya hökumətini quran siyasi partiya liderlərinin toplantısında çıxışında deyib.
O, Fələstini tanımaq mövzusunda hökumətin atacağı addımların təyin edilməsi məsələsini xüsusilə vurğulayıb.
Toplantıda gələn həftə keçiriləcək görüşdə bu mövzunun müzakirə edilməsi üçün lazımi hazırlıqların aparılması xarici işlər naziri Karl Eryavekə tapşırılıb.
Sosial Demokratlar Partiyası isə bu qərarın qəbul edilməsindən öncə Sloveniyanın tək qalmaması üçün digər Avropa İttifaqı ölkələri ilə birlikdə hərəkət edilməsini tövsiyə edib.