Slovakiya rusiyalı diplomatları ölkədən çıxardı - DE-ŞİFRƏ OLUNUBLAR

Baxış sayı:
964

Slovakiya Rusiya diplomatlarını casusluqda ittiham edərək ölkədən çıxarıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Slovakiyanın “Markiza” kanalı isə bildirib ki, söhbət üç diplomatdan gedir. Bildirilib ki, onlar Rusiya xüsusi xidmət orqanlarının işçiləridir.

Xatırladaq ki, 2018-ci ildə də Slovakiya rusiyalı diplomatın casusluq fəaliyyəti ilə məşğul olduğunu iddia edərək onu ölkədən göndərib.