Slovakiya millisi Bakıda - Foto

Baxış sayı:
3277

Avro-2020-nin seçmə mərhələsində iyunun 11-də millimizin qonağı olacaq Slovakiya yığması ölkəmizə gəlib.
Muxalifet.az xəbər verir ki, rəqib komanda artıq Bakıdadır. Onlar bu gün paytaxtımızda ilk məşqə çıxacaqlar.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.