​Slovakiya da Avropa İttifaqından çıxa bilər - REFERENDUM TƏLƏBİ

Slovakiyanın millətçi Xalq Partiyası ölkənin Avropa İttifaqını tərk etməsi üzrə referendum tələbi ilə imza toplama kampaniyasına start verib.
«Reuters» xəbər verir ki, internetdə yerləşdirilmiş petisiya 350 min imza toplayarsa, qanunlara əsasən, bu tələbin icrası məcburidir.
Xalq Partiyası nümayəndələrinin fikrincə, «Slovakiya Avropa İttifaqı adlı batan «Titanik»dən canını qurtarmalıdır».
Xalq Partiyası mart ayında keçirilmiş seçkilərdə gözlənilmədən 8% səs toplayaraq parlamentə keçməyi bacarıb.
Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra Hollandiyada, Danimarkada, İsveçdə, Fransada və İtaliyada birlikdən çıxmaq və avrodan əl çəkərək milli valyutaya qayıtmaq barədə tələblər səslənməkdədir(virtualaz.org).