​Əslində onları ya əsgərimiz güllələməli, ya da... - Millət vəkili

Baxış sayı:
394

Bir xalqa qarşı cinayət törədənlər öz xalqını xoşbəxt edə bilməzdilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, cinayət edən mütləq cəzasını alır:
"Ermənistanın keçmiş prezidentləri - Robert Köçəryan üzərində istintaq işi gedir, Serj Sərkisyan isə biabırçılıqla vəzifədən qovuldu; general Yuri Xaçaturov yüksək vəzifədən çıxarılaraq istintaqa cəlb edilir, digəri Jirayr Səfilyana Ermənistanda vətəndaşlıq verilmir. Əslində onlar ya Qarabağ döyüşlərində Azərbaycan əsgərinin gülləsinə tuş gəlməli, ya da Azərbayan məhkəməsi qarşısında dayanmalı idilər. Çünki torpaqlarımızın işğal olunmasında, vətəndaşlarımızın öz torpaqlarından qovulmasında, Xocalı və digər faciələrin törədilməsində onların hər biri şəxsən iştirak ediblər, əlləri qan içindədir. Amma görünür tarixin öz ədalət qaydaları var".