Səlim Müslümovun istefa xəbəri onu “həftənin lideri”nə çevirdi – 8 SAYT NAZİRİ HƏDƏFƏ ALDI

“Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev ötən həftənin ikincisi oldu, Rüfət Aslanlı və Cahangir Əsgərov isə üçüncü yeri bölüşürlər

Baxış sayı:
11733

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Ötən həftə - 01-07 yanvar 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs, keçən həftə olduğu kimi, yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov olmuşdur. Onun barəsində “Beyləqanda sosial yardımı Anar Vəliyev təyin edir - Səlim Müslümov bunları görürmü?”, “SMN-nin növbəti RƏZİLLİYİ - İki əldən əlil olan qıza əlillik dərəcəsi verilməyib -ŞİKAYƏT”, “SON DƏQİQƏ: Nazir istefaya göndərilir - Səlim Müslümovun yerinə Aparat rəhbəri nazir gətrilir” və “Səlim Müslümov yola salınır - Şok İDDİA”  adlı 4 yazı 8 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Əkbər Hacıyevi məhkəmə ilə hədələdilər - "Pulu həftə sonunadək qaytarmasan..."” və  “QAZ SAYĞACLARI HƏLƏ SIFIRLANMAYIB? - KOMITƏ SƏDRI "YOX", "AZƏRIQAZ" "HƏ" DEYIR” –  başlıqlı 2 məqalənin 6 elektron KİV-də yayılması ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev tutur. 

Nəhayət, elektron KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Rüfət Aslanlı istefa ərizəsini yazıb: - xaricdən təklif aldığı deyilir” adlı  məqalənin 5 elektron KİV-də yayılması ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və

“Cahangir Əsgərov “Abşeron” oteldə qalmaqal saldı – Belə deyirlər…” yazısının da eyni sayda saytda yayılması ilə "Azərbaycan Hava Yolları" QSC-nin baş direktoru Cahangir Əsgərov bölüşür.

Avropalı deputatlara rüşvət “verən” deputatın adı “qara siyahı”da – ELXAN SÜLEYMANOV MEDİANIN HƏDƏFİNDƏ

 
Həftə ərzində “Elxan Süleymanovun "kitabı bağlanır"? - Deputat AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarıldı”, “Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib”, “3 deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı – ADLAR”, “Elxan Süleymanovu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxardılar”, “Avropalı deputatlara rüşvət təklif etməkdə ittiham olunan Elxan Süleymanov” adlı 5 müxtəlif başlıqlı, lakin eyni məzmunlu yazının 8 saytda işıqlanması ilə deputat  Elxan Süleymanov deputatlar arasında həftənin birincisi və

“Eldar Mahmudovun adamı biznesindən oldu – İDDİA”, ““ŞTUTQART”ın şefi - millət vəkili Nəriman Əliyev sərgüzəştləri” adlı 2 yazının 4  elektron KİV-də yayılmasıyla deputat Nəriman Əliyev isə həftənin ikincisi olmuşdur.
 
Muxalifet.az