Səlim Müslümovun həbsinə hazırlıq gedir? - “Keçmiş nazir barədə sensasion faktlar: qayın, kirvə və kürəkənlər…”

Çoxuşaqlı ailələrə qarşı çıxan deputat Aqiyə Naxçıvanlı da ötən həftə medianın gündəmindən düşmədi

Baxış sayı:
14797

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 14-21  may 2018-ci il tarixində elektron mətbuatda adı ən çox hallanan vəzifəli şəxs sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov olmuşdur. “Səlim Müslümov barədə sensasion faktlar - qayın, kirvə və kürəkənlər…”, “Səlim Müslümov: “Torpaq, ev, avtomobil, nağd pul və…”, “Səlim Müslümov barədə sensasion faktlar”, “Səlim Müslümovun Zəngilan DSMF-nin müdiri olan tələbə yoldaşı da narahatdır…”, “Səlim Müslümovun həbsinə hazırlıq gedir”, “Səlim Müslümovun qaynının rəhbərlik etdiyi idarə yoxlanır - PALATA HƏRƏKƏTƏ KEÇDİ”, “Səlim Müslümov özü ilə kimləri “aparacaq?”, başlıqlı 7 məqalə ümumilikdə 19 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri sabiq Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrhimov “Nazim İbrahimovun başçı qohumu təlaşda: maliyyə rəisi postuna göz dikib - Maxinasiya…”, “İki toy, bir qonaq və Nazim İbrahimovun diaspor “sevgisi” - GƏLİŞMƏ”, “Qardaşının adı ermənilərlə işbirliyində hallanan Ümid Abuzərlinin taleyi necə olacaq?”, və “Keçmiş Komitə sədri haqda SENSASİON FAKTLAR – İş istəyən xanımları öncə xarici səfərə apararmış...” başlıqlı 4 məqalənin 7 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “Kəmaləddin Heydərov Gömrük Komitəsinin sədrini döydürdü – İDDİA”, “İşdən çıxarılan gömrük generalı Kəmaləddin Heydərovun yaxın qohumu çıxdı”, “Kamaləddin Heydərov istefaya çağrıldı: “Qar əriyəndən sonra nə var ki…?!”-Vətəndaş narazılıgı…”, “İşdən çıxarılan general Kəmaləddin Heydərovun qohumudur - "Dərman mafiyası" işi...” başlıqlı 4 məqalənin 5 elektron KİV-də yayılması Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov tutur.

ÇOXUŞAQLILIĞIA QARŞI ÇIXAN DEPUTAT “BİRİNCİ” OLDU

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında isə 1-ci yeri “DEPUTATDAN İMKANSIZ AİLƏLƏRƏ ŞOK İTTİHAM: “Dövlət sənə demişdi ki, üç uşaq dünyaya gətirəsən?”, “Ziyalılar komitə sədrini topa tutdu: "Deputatlar cəmiyyətə pis nümunə olurlar”, “Deputat ölüm hökmü cəzasını yenidən gündəmə gətirdi”, “ADP xanım deputat haqqında ölçü götürülməsini tələb edir:“Bu sözlər soyqırıma çağırışdır” başlıqlı 4 məqalənin 14 saytda yayılması ilə deputat Aqiyə Naxçıvanlı tutur.

Elektron mətbuatda ən çox adı hallanan depututlar siyahısında 2-ci yeri Əliağa Hüseynov “Deputat Əliağa Hüseynov jurnalisti və Ordunu təhqir etdi”, “Ordu və jurnalisti söyən deputat xalqı iqtidarın üstünə qaldırdı – Biznesi…”, “Jurnalistlər Oqtay Əsədova müraciət etdilər - Əliağa Hüseynovun hərəkətlərinə qiymət verilsin!”, “Deputat "Məndən açıq şəkildə pul istəyir" deyir, baş redaktor isə... - Saytla Əliağa Hüseynov arasında qalmaqal”, “Milli Məclis deputatı jurnalisti söydü, orduya isə hörmətsizlik etdi” başlıqlı 5 məqalənin 13 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan deputatlar siyahısında 3-cü və sonuncu yeri “Səməd Seyidovu Avropadan qovdular! – Rəsmən təsdiqləndi”, ““Səməd Seyidov istefa verməlidir” - Elxan Şahinoğlu”, “Səməd Seyidov istefaya çağırılır: “Bu biabırçılıqdır” və “Səməd Seyidov: “Sanksiya qərarı ikili standartların tərkib hissəsidir” başlıqlı 4 məqalənin 6 elektron KİV-də yayılması deputat Səməd Seyidov tutur.
 
Muxalifet.az