SƏLİM MÜSLÜMOVA ŞOK İTTİHAM: “Dövlətin iki milyardını yeyib, camaatın 50 manatını vermir..."

Ötən həftə mətbuatın hədəfində olan Azad Rəhimovla Kəmaləddin Heydərov ardıcıl olaraq ikinci və üçüncü yerləri bölüşüblər

Baxış sayı:
14959

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 21-28 may 2018-ci il tarixində elektron mətbuatda adı ən çox hallanan vəzifəli şəxs sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov olmuşdur. “Səlim Müslümov: “Torpaq, ev, avtomobil, nağd pul və…”, Səlim Müslümovun "sağ əli" HƏBS OLUNUR - Keçmiş nazirin də başı ağrıyacaq, “SƏLİM MÜSLÜMOVUN SOSİAL YARDIM HOQQALARI - YENİLƏNDİ”, “Saxta əlillik problemi və Səlim Müslümovun populizmi - Problem həll olunacaqmı?”, “Dövlətin iki milyardını yeyib, camaatın 50 manatını vermir..." - Səlim Müslümova lənət yağdırdılar”, “Sahil Babayev bir güllə səsi eşitməyən “Qarabağ veteran”larını ifşa edəcək?”, “SƏLİM MÜSLÜMOVUN SAXTA DIPLOMLU KADRI HANSI XÜSUSİYYƏTİNƏ GÖRƏ ƏVƏZOLUNMAZDIR?” və “Səlim Müslümovla bağlı HÜQUQİ QƏRAR - ÖLKƏDƏN ÇIXIŞI ƏNGƏLLƏNDİ” başlıqlı 9 məqalə ümumilikdə 22 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Gənclər və İdman naziri Azad Rəhimov “Azad Rəhimovun oğluna xəbərdarlıq: “Rəhbərliklə oyun oynamağa cəhd etmə” və “Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər” başlıqlı 2 məqalənin 10 elektron KİV-də yayılması ilə tutur.

Elektron KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “Əbülfəz Məlikova görə Kəmaləddin Heydərov sorğu-sual edilir… – Yarıtmaz broker əlaltı nazirə cəncəl olub”, “Kəmaləddin Heydərovun “Gömrük qoçusu” Vüsal Novruzov haqqında bilmədiklərimiz? - Araşdırma”, “Deputatın fabrikinə ittiham” və “Kamaləddin Heydərovun meyit tapan fövqəlnazirliyinin növbəti ifşası - Faktlar” başlıqlı 4 məqalənin 8 elektron KİV-də yayılması Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov tutur.
 
DEPUTAT TƏHQİR OLUNMASININ SƏBƏBLƏRİNİ AXTARIR...

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Hadı Rəcəbli: Niyə axı məni təhqir edirlər?”, “Ziyalılar komitə sədrini topa tutdu: "Freydin Hadı Rəcəbli analizi: Şəkidə döyülməsinin heyfini xalqdan necə çıxır? - Dosye”, “Hadi Rəcəbli: "Ünvanlı yardımın və əlilliyin verilməsində neqativ hallar yaşanır”, “Hadi Rəcəbli jurnalisti təhqir etdi: “Mənim toxunulmazlıq hüququm var”, “Deputat Hadi Rəcəblidən gəlini barədə yayılan xəbərlərə SƏRT REAKSİYA”, “Hadi Rəcəbli: “Ailələrin dağılmasının səbəblərindən biri “Facebook”dur” başlıqlı 6 məqalənin 19 saytda yayılması ilə deputat Hadı Rəcəbli tutur.

Mətbuatda adı ən çox hallanan deputatlar siyahısında 2-ci yeri “Deputatın fabrikinə ittiham” başlıqlı məqalənin 2 elektron KİV-də yayılması ilə deputat Rüfət Quliyev tutur.

Muxalifet.az