"Əsl Ronaldo mənəm..." - KRİŞTİANU BU FİKİRDƏN NİYƏ ƏSƏBLƏŞİR...

Baxış sayı:
3160

“Əlbəttə, Kriştianu Ronalduya əsl Ronaldonun mən olduğumu söylədikdə əsəbiləşir. İnsanları müqayisə etmək olmaz".
Muxalifet.az xəbər verir ki, bu fikirləri Braziliya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Ronaldo “Instagram”da Fabio Kannavaroya müsahibəsində deyib.
44 yaşlı keçmiş hücumçu Ronaldunun çox qol vurduğunu sözlərinə əlavə edib: "O, hər mövsüm inanılmaz sabitlik göstərir və bunun sayəsində futbol tarixində əbədi qalacaq. Messi kimi ən yaxşılardan biridir”.
Qeyd edək ki, Ronaldo 2002 – 2007-ci illərdə “Real Madrid”də çıxış edib. Kriştianu Ronaldu isə 2009 – 2018-ci illərdə Madrid təmsilçisinin formasını geyinib. Ronalduya ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın adı verilib. Hər iki oyunçunun latınca adı eyni cür yazılır./Report