​Əsl dostumuz kürdlərin yanında olmalıyıq – MAKKEYN

Kərkükdə İraqa aid hərbi birləşmələrlə peşmərgənin toqquşması çox təhlükəlidir.
Bu sözlər amerikalı senator Con Makkeynin “Nyu York Tayms” qəzetindəki məqaləsində yer alıb.
“Bu toqquşma həmçinin böyük narahatlıq yaradan reallığın simvoludur. İcazə verin açıq danışım. Əgər Bağdad kürd xalqına İraqda istədiyi təhlükəsizlik, azadlıq və imkanlar yarada bilmirsə və əgər ABŞ İranın dəstəklədiyi döyüşçülərlə kürdlər arasında seçim etmək məcburiyyətində qalarsa, o zaman mən kürdləri seçərdim. Kərkükdəki toqquşma ABŞ-ın uzun illərdir həll edə bilmədiyi daha dərin problemlərin simptomudur. Yaxın Şərqdə regional nizam dağılır. ABŞ-ın burada hakimiyyəti və təsiri azalır. Bu da əsasən ABŞ-ın son 8 ildə regionda olmaması ilə əlaqədardır. Yaranan vakuumu antiamerikan qüvvələr doldurur. Bunun hamısının arxasında Putin Rusiyasının kölgəsi var. O, yenidən özünü regional təsir gücü kimi göstərir.
Əgər biz indiki trayektoriyamızla yürüməyə davam etsək, yaxın gələcəkdə yuxudan oyanıb, Amerikanın təsirinin dünyanın ən vacib yerlərindən birində yox olduğunu görə bilərik. Amerikalılar hazırda Yaxın Şərqdə baş verənlərdən narahat olmalıdırlar. Ona görə də biz özümüzün həqiqi dostlarımız kürdlərin yanında olmalıyıq”, – deyə o bildirib.