​“Skype” servisi yeni hesab tipi təqdim edəcək

Microsoft" şirkəti tezliklə məsafədən fərdi sahibkarlıq üçün nəzərdə tutulmuş yeni tip "Skype" hesablarını sınaqdan keçirmək niyyətindədir.
Muxalifet.az xəbər verir ki, "Skype" servisində ixtisaslaşdırılmış hesab tipi istifadəyə veriləcək. "Skype Professional Account" fərdi sahibkarlıqda (məsələn, məsafədən repetitorluq)  bu messencerdən istifadə edən şəxslər üçün nəzərdə tutulub.
Yeni hesab tipi təqvim, poçt və ödəmə sistemi funksiyalarına malik klassik mesajlaşma seçimlərini özündə birləşdirəcək.
Bundan əlavə, hesabda istifadəçinin xidmətləri haqda ətraflı informasiyadan ibarət geniş profilin yaradılması nəzərdə tutulacaq.
Yeni hesab tipinə malik istifadəçilər öz hesabındakı bütün kontaktları ora import edə biləcəklər.
Hazırda "Skype" servisinin rəsmi bloqunda deyilir ki, yeni hesab tipi əvvəlcə yalnız masaüstü versiya üçün nəzərdə tutulub.