«Skripalları zəhərləyən Çepiqa Yanukoviçi də Rusiyaya qaçırıb» – Buna görə “Rüsiya qəhrəmanı” adını alıb!

Baxış sayı:
2170

Britaniyanın Solsberi şəhərində Rusiya silahlı qüvvələri Baş Kəşfiyyat İdarəsinin (BKİ) sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi işi yeni-yeni sensasiyalı təfərrüatlarla gündəmə gəlir.
Məşhur «Araşdırmaların idarə olunması mərkəzi»nin sabiq jurnalisti Sergey Kanev bəyan edib ki, Rusiya kəşfiyyatının (BKİ) polkovniki Anatoli Çepiqa (o həm də Ruslan Boşirovdur) Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Rusiyaya qaçırılması əməliyyatına rəhbərlik edib.
«Çepiqa-Boşirov Yanukoviçin Rusiyaya təxliyyə olunmasında iştirak edib. O, özünün xüsusi təyinatlı bölməsi ilə Yanukoviçin rezidensiyasına – «Mejiqoriye»yə gəlib, orada olub və Yanukoviçi mühafizə edib. Onlar eks-prezidenti Krıma gətiriblər və oradan Rusiyaya yola salıblar» – deyə, özəl mənbəyə istinad edən Kanev danışıb.
Jurnalistin sözlərinə görə, məhz bu əməliyyata görə, Çepiqa «Rusiya qəhrəmanı» fəxri adını alıb. Kanevin sözlərinə görə, Yanukoviçin qaçırılması əməliyyatına görə, daha birisi – Putinin keçmiş mühafizəçisi Aleksey Dyümin də «Rusiya qəhrəmanı» fəxri adına layiq görülüb.
«Mənə o da məlumdur ki, Yanukoviçin təxliyyəsinə görə, digər şəxslər – sonradan «Vaqner» özəl hərbi şirkətin nüvəsini təşkil edənlər də təltif olunublar».