"Skripal ötən il yerli xüsusi xidmət orqanlarını məlumatlandırmaq üçün İsveçrəyə gedib"- ŞOK AÇIQLAMA

Baxış sayı:
1090

Rusiyada Böyük Britaniyaya casusluğa görə məhkum edilən Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal zəhərlənməmişdən bir ilə yaxın müddət əvvəl İsveçrəyə gedərək, yerli kəşfiyyat xidmətlərini məlumatlandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu "The Daily Telegraph" nəşri jurnalist Mark Urbanın "The Skripal Files" kitabına istinadən yazıb.

"2017-ci lin yayında bizim görüşlərimiz onun federal kəşfiyyat xidmətləri ilə danışmaq üçün İsveçrəyə etdiyi bir həftəlik səfərlə əlaqədar olaraq dayandırılıb", - deyə müəllif yazıb.

Bununla belə Skripal Urbana İsveçrə xüsusi xidmət orqanları ilə əlaqələrinin həqiqi mahiyyətini açıqlamayıb, lakin nəşrin ehtimalına görə, o, Rusiyanın Ümumdünya Antidopinq Agentliyinə (WADA) güman edilən kiberhücuma dair iş üzrə məlumat ötürə bilərdi.

Britaniya tərəfinin fərziyyəsinə görə, martın 4-də Sergey Skripal qızı Yuliya ilə Solsberidəki evinin qapısının tutacığına sürtülmüş "Noviçok" adlı mərkəzi sinir sistemini iflic edən maddələr qatışığının təsirinə məruz qalıb. Londonun iddiasına görə, Moskva bu hadisədə yüksək pay sahibidir.

Qeyd edək ki, bundan əvvəl "Telegraph" Skripalın zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adını açıqlamışdı.