Şəkidə "Prado" və mikroavtobus toqquşdu - 9 NƏFƏR YARALANDI

Baxış sayı:
1972

Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.(Report)