Şəkidə 58 yaşlı kişi sirkə turşusundan zəhərləndi

Şəki sakini sirkə turşusundan zəhərlənib. 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhər sakini, 1959-cu il təvəllüdlü Ağəli Davud oğlu Ağabalayev kəskin zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX)  daxil olub. 
MRX-dan bildirilib ki, müayinə zamanı 58 yaşlı Ağəli Ağabalayevin bilərəkdən sirkə turşusu qəbul etdiyi məlum olub.  Ağəli Ağabalayev reanimasiya şöbəsinə yerləşdirilib,  vəziyyəti ağır qiymətləndirilir. 
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.