Şəkidə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Baxış sayı:
394

Şəkidə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini, 1969-cu il təvəllüdlü Adil Nüvər oğlu Zamanov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından yıxılaraq ağır xəsarətlər alıb. A. Zamanov yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.