Şəkidə 22 yaşlı oğlan itkin düşdü - FOTO

Baxış sayı:
220

1997-ci il təvəllüdlü Şəki şəhər sakini Fərman Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və indiyədək geri qayıtmayıb.
Şəki şəhər polis idarəsindən Oxu.Az-a verilən məlumata görə, evdən çıxanda əynində qara rəngli gödəkçə, cins şalvar və qəhvəyi rəngli köynək olub. Boyu 160 sm, gözlərinin rəngi şabalıdıdır, arıq bədən quruluşludur. 
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.