Şəki Xan sarayı bağlandı - VİDEO

Baxış sayı:
4189

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin hadisə yerindən REAL-a verdiyi müsahibəsində bildirdi ki, baş vermiş hadisə ilə əlaqədar Şəki Xan Sarayı bir neçə günlük bağlı qalacaq.