Şəki sakini dərəyə yıxılaraq ölüb
13-11-2017 07:13
Şəkidə 80 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Küdürlü kənd sakini, 1937-ci il təvəllüdlü Zakir Murtuz oğlu Şabanov kəndin inzibati ərazisindəki dağlıq ərazidə qoyun otaran zaman ehtiyatsızlıqdan dərəyə yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
80 yaşlı Zakir Şabanov yaxınlarının köməkliyi ilə yaşadığı evə aparılıb. Zakir Şabanov evə gətirildikdən bir qədər sonra aldığı ağır xəsarətlərdən ölüb.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır./apa