"SİZ XƏSTƏSİNİZ, QIZLAR" - Lavrov gürcü xanım jurnalistləri təhqir etdi / VİDEO

Baxış sayı:
628

Rusiya XİN rəhbəri Sergey Lavrov gürcü jurnalistləri yersiz davranışlarına görə təhqir edib.

Virtualaz.org bildirir ki, internetdə yayımlanan görüntülərdə Gürcüstan mətbuatı nümayəndələrinin, xüsusilə “İmedi TV” və “1TVGe”nin xanım jurnalistlərinin bir-birlərini itələmələri və Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə sual verməyə çalışdıqları əks olunub.

Kadrlardan o da görünür ki, Lavrov ona sual verməyə çalışan xanım jurnalistləri “xəstə” adlandırır: "Siz nəyləsə… Siz xəstəsiniz, qızlar".

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində yazıb ki, BMT-nin Cenevrədəki ofisində gürcü jurnalistlər Rusiya nümayəndə heyətinə hücum ediblər.