"Siz xalqla oyun oynayırsız" - Baş Nazirə belə ETİRAZ ETDİ - VİDEO

Baxış sayı:
301

Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqının oktyabrın 17-də keçiriləcək sammitində Brexit şərtləri barədə Brüssellə razılığa gələcəyinə əmindir: 

Boris Conson bu barədə BBC muxbirinə müsahibəsində bildirib. Leedis qəsəbəsində küçədə müsahibə verərkən Boris Conson telekanalının efirində deyib ki, Avropa İttifaqının tərkibindən sazişsiz çıxmasını istəmirik, bu, baş verməyəcək. Oktyabrın 17-də keçiriləcək sammitdə saziş əldə edəcəyimə əminəm. 

Bu sözləri eşidən Leedis qəsəbə sakini Boris Consonu tənqid etməyə başlayıb: "Siz xalqla oyun oynayırsız. Burada deyil, Brüsseldə olmalısınız. İngiltərə xalqı Avropa İttifaqından çıxmaq istəmir".

Boris Conson buna cavab olaraq Aİ ilə danışıqların davam etdiyini söyləyib. /Unikal