​“Siz NATO-dakı strateji müttəfiqinizi bir rahibə dəyişirsiniz” – Ərdoğan

Baxış sayı:
2122

“Buradan ABŞ-a bir daha səslənirəm. Siz NATO-dakı strateji müttəfiqinizi bir rahibə dəyişirsiniz”.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ünye şəhərində xalq qarşısında çıxış edərkən deyib.
Türkiyə Prezidenti bildirib ki, bir rahibə görə Türkiyəni təhdidlə yola gətirmək üçün çalışmaq yanlış addımdır.