​Siz də yatarkən yuxuda boşluğa düşmək hissi keçirirsiniz? - DİQQƏT

Yatarkən birdən boşluğa düşmə hissinin nə olduğu araşdırıldı.
Muxalifet.az bildirir ki, əksəriyyətlə yuxuya getmədən dərhal əvvəl bu hissə qapılmaq, bir çox insanın başına gələn bir vəziyyətdir.
Yorucu bir günün sonunda gələn yuxu əsnasında əzələlərimizin ani qısa sıxılmalar keçirməsi, boşluğa düşmə hissinə səbəb olur.
Çox böyük bir ehtimalla bədənimizin yuxuya fizioloji olaraq hazırlanması əsnasında meydana gələn müəyyən elektrik və hormonal dəyişikliklərin bir nəticəsi olan bu hissin tam olaraq açıqlaması isə aşkar olunmuş deyil. Qısa və ümumi olaraq, bu hissin, əzələlərimizin ani və qısa sıxılmaları nəticəsində ortaya çıxdığını da söyləyə bilərik.