Siyəzəndə avtomobil qəzası: azyaşlı xəsarət alıb - VİDEO

Baxış sayı:
5099

Bakı-Quba yolunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
 
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun Siyəzən rayonu ərazisində qeydə alınıb.
 
"Nissan Sentra" markalı, "90-BP-007" dövlət seriya nişanlı avtomobil ötmə əməliyyatını düzgün yerinə yetirmədiyindən yolun sağ kənarındakı çökəkliyə düşüb. Hadisə zamanı avtomobildə olan bir ailənin azyaşlı övladı yüngül xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.