​Siyəzəndə 40 yaşlı kişi intihar edib

Baxış sayı:
8482

Siyəzən rayonunda intihar hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Məşrif kəndində qeydə alınıb.
Kənd sakini, 1979-il təvəllüdlü Məkan Əliyev özünü yaşadığı evinin eyvanında asıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.