​Siyavuş Novruzov qəbul qaydalarının dəyişməsini TƏNQİD ETDİ

Baxış sayı:
1957

“Qəbul qaydaları dəyişib bu, ictimaiyyəti narahat edən məsələdir. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Məclisin müvafiq komitəsi, lazım olsa rektorlar dəvət edilməldir ki, vahid strategiya müəyyən olunsun”.
Bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisdə buraxılış və qəbul imtahanlarına Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən birlikdə edilən dəyişikliklərdən danışarkən deyib.
Millət vəkili qeyd edib ki, qəbul imtahanına altı ay qalmış yeni qaydaların açıqlanması doğru deyil:
“Bu il 11-ci sinfi bitirənlər tamam başqa istiqamətdə qəbul imtahanına hazırlaşır, imtahana altı ay qalmış qəbul qaydaları dəyişir. Minlərlə şagird bu cür imtahan verəcək. Beş il əvvəldən müəyyən edilməlidir ki, şagirdlər necə imtahan verəcək. İnsanlar bilməlidir ki, müvafiq sinfə çatanda ali məktəbə hansı qaydalarla hazırlaşmalıdırlar. Hamımız ali təhsil almışıq, bilirik ki, altı aya ali məktəbə hazırlaşmaq olmaz. Bunun üçün azı üç il vaxt lazımdır. Hesab edirəm ki, bu məsələni toplaşıb müzakirə etmək, vahid forma tapıb həll etmək lazımdır. Vətəndaşlar övladlarının gələcəyi ilə bağlı olan addımları düzgün qiymətləndirsinlər”.