"Siyasətdə uğur qazanmaq istəyirsinizsə, Rusiya ilə münasibətlərinizi yaxşı edin" - Səməd Seyidovun oğlundan paradoksal mövqe / FOTOLAR

Baxış sayı:
4406

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputat Səməd Seyidovun oğlu Urxan Seyidov Rusiya dövlətini açıq təqdir edən fikirlər səsləndirib.
 
Urxan Seyidov özünün instaqram səhifəsində Moskvada çəkdirdiyi fotosunu paylaşaraq, Otto fon Bismarka məxsus "Əgər siyasətdə uğur qazanmaq istəyirsinizsə, Rusiya ilə münasibətlərinizi yaxşı edin" fikirlərini yazıb.
 

Qeyd edək ki, Səməd Seyidov Azərbaycanın Avropaya inteqrasiyası sahəsində fəaliyyət göstərən fəal diplomat kimi tanınır. O uzun illərdir ki, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir. \\Demokrat