SİYASİ QALMAQAL: Mixail Saakaşvili və Oleq Lyaşko canlı yayımda dalaşdılar

Baxış sayı:
6188

Ukrayna telekanallarından birində keçirilən tok-şouda Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ilə Ali Radanın deputatı, Radikal partiyanın lideri Oleq Lyaşko arasında qalmaqallı debat baş verib.

Ukrayna mediası xəbər verir ki, hər şey deputatın xəstə uşaqları olan ailələrə yardım göstərilməsi və digər sosial problemlər haqqında danışmasından sonra başalyıb.

Mixail Saakaşvili isə ona ukraynalı deputatların dəbdəbəli həyatlarını xatırldaıb: “Sadə bir sual, siz və digər deputatlar Konça-Zaspadakı (Kiyevin cənub-şərqində yerləşən elitar rayon) malikanələrinizi xəstə uşaqlara verə bilərsinizmi. Bundan başqa milyonlarınızı həmin körpələrin müalicəsinə bağışlamaq istəmirsinizmi. Mənə elə gəlir ki bu, danışmaqdan daha çox fayda verərdi”

Ukraynalı siyasətçi isə mövzunu dəyişərək Mixail Saakaşviliyə qarşı Gürcüstanda qaldırılan bir neçə cinayət işindən bəhs edib və ona doğma vətəninə geri qayıtmağı istəyib-istəmədiyini soruşub.

“Mən əlindən boşboğzalıq edib, çərənləməkdən başqa bir şey gəlməyən Lyaşkodan fərqli olaraq Odessada yol tikmişəm”,-deyə Mixail Saakaşvili cavabında söyləyib.

Elə əsl mərəkə də bundan sonra qopub. Bir-birilərinə bağıran siyasətçiləri studiyada oturanlar güclə sakitləşdiriblər.

Qeyd olunur ki, Oleq Lyaşko rəqibləri ilə debatlarda hay-küylü və qeyri-adi davranışları ilə seçilən siyasətçilərdəndir.

Məsələn bu ilin mart ayında “NewsOne kanalının “Qarşıdurma” adlı verilişində Ukraynanın İctimai televiziyasının rəhbəri Zurab Alasaniyanı tənqid edən Oleq Lyaşko onun “Avroviziya” mahnı müsabiqəsinə istedadsız müğənniləri göndərdiyini deyib. 

Opponentləri ondan istehza ilə “Avroviziyaya” öznünün getməsini məsləhət görüblər. O.Lyaşko isə alqışlar sədası altında studiyada iki mahnı ifa edib.