Siyasi partiyaların maliyyə hesabatlarının qəbulu başladı

Baxış sayı:
2596

Azərbaycanda yanvarın 1-dən Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2019-cu il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Hələ ki, heç bir siyasi partiya MSK-ya maliyə hesabatı təqdim etməyib.

Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. (report)