Siyasi müşahidəçi: “Görüş Rusiyanın triumfu idi”

 “ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə G20 sammitində danışıqlar zamanı öz qətiyyətli niyyətlərini göstərə bilmədi”.
 
Bunu ABŞ və Rusiya prezidentlərinin iyunun 7-də Almaniyanın Hamburq şəhərində keçirilən görüşünü şərh edən siyasi müşahidəçi Maşa Qessen “Nyu-York Tayms” nəşrində yazıb.
Onun sözlərinə görə, əksinə, Trampın özü Rusiya prezidentinin tələsinə düşüb.
“Görüş Rusiyanın triumfu idi”, - məqalədə deyilir.
Siyasi müşahidəçi hesab edir ki, Suriyada məhdudlaşdırılmış atəşkəs görüşün tək nəticəsi idi və məhz Putin buna nail oldu: “Putin istəyirdi ki, ABŞ və Rusiyanın danışıqlar stolu arxasında bərabərhüquqlu partnyorlar olduğu tanınsın. O illərlə Barak Obama administrasiyasını şantaj edir və tələb edirdi ki, ABŞ Yaxın Şərqdə Rusiyanın əsas rolunu qəbul etsin. Və Tramp Putinə daha çoxunu verdi. O nümayiş etdirdi ki, Rusiya və ABŞ suriyalıların iştirakı olmadan Suriyanın taleyini müzakirə edə bilər”.
Maşa Qessen qeyd edir ki, Tramp hətta Ukraynaya müdaxilə, Krımın işğalı və Rusiya daxilində hakimiyyətlə razılaşmayanların yatırdılması üçün Rusiyanı tənqid etməyə çalışmadı.