“Siyasi məhbuslarsız Azərbaycan” Faiq Əmirliyə azadlıq tələb edir

Baxış sayı: 157

Siyasi məhbusların ictimai alyansı Faiq Əmirlinin azadlığa buraxılmasını tələb edib
 
“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin azadlığa buraxılmasını və qanunsuz saxlanmaya görə ona kompensasiya ödənilməsini tələb edib.
“Biz, keçmiş siyasi məhbuslar Faiq Əmirlinin həbsini AXCP-yə və azad mətbuata qarşı repressiyaların davamı hesab edirik”, alyansın bəyanatında deyilir.
“Həbs prosesi, ittihamların irəli sürülməsi prosessual qanunvericiliyin kobud pozulması ilə həyata keçirilib. Məhkəmə çəkişməsi zamanı vəkillərin vəsatətləri, o cümlədən onun səhhətilə bağlı vəsatət təmin olunmayıb və F.Əmirli lazımi tibbi yardımdan məhrum edilib”, sənəddə deyilir.
Alyans F.Əmirlinin fiziki durumunun ağır olması ilə bağlı tibbi rəyi Avropa Şurası Parlamenty Assambleyasının məruzəçisi Alen Desteksə təqdim edib.
Bəyanatada bildirilir ki, F.Əmirliyə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının bir neçə maddəsi pozulub:
“Maddə 1. İnsan hüquqlarına əməl edilməsi öhdəlikləri;
Maddə 6. Ədalətli məhkəmə çəkişməsi hüququ;
Maddə 7. Yalnız qanun əsasında cəzalandırma;
Maddə 13.Effektiv hüquqi müdafiə hüququ”.
Alyans bildirir ki, hazırda siyasi məhbusların siyahısında 14 jurnalist, bloger, yazıçı var.