Şıxov çimərliyində yaşlı kişi batıb

Kişinin meyiti tapılaraq sudan çıxarılıb
 
Bakının Səbail rayonunda dənizdə boğulma hadisəsi baş verib.
1967-ci il təvəllüdlü Əliyev Mübariz Cavad oğlu Şıxov çimərliyində batıb.
Onun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.