​"Şişko Nuri" ləqəbli türkiyəli aktyor Sıtkı Sezgin vəfat etdi

Baxış sayı:
2029

Türkiyənin tanınmış aktyoru Sıtkı Sezgin 69 yaşında orqan çatışmazlığından vəfat edib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum aktyor sabah Samsunda dəfn ediləcək.
Qeyd edək ki, Sıtkı Sezgin 1949-cu ildə Türkiyənin Samsun şəhərində dünyaya gəlib. Türk filmlərində canlandırdığı uşaq rolları ilə tanınan aktyor, "On küçük şeytan", "Pamuk prensen ve yedi cüceler", "Sihirli cüceler", "Bağrımdaki ateş", "Hesap günü" və " Adile teyze" adlı filmlərdə rol alıb. Türkiyədəki 17 avqust zəlzələsindən sora evini itirib. Film sahəsindən uzaqlaşdıqdan sonra doğulub boya-başa çatdığı Samsuna qayıdan aktyor indiyə qədər qocalar evində yaşayırdı.
Allah rəhmət eləsin!