“Şişkan”ın killerlər briqadası ələ keçdi - DEPUTATI ÖLDÜRÜBLƏR...

Baxış sayı:
889

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Şişkan” ləqəbli qanuni oğru Oleq Şişkanovun rəhbərlik etdiyi mütəşəkkil dəstənin 8 üzvünü həbs edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Saxlanılan şəxslərin Ramenski rayonunun deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün qətlində əli olduqları bildirilir. Rəsmi məlumatlara əsasən, həbs edilənlər -  Eduard Xarkov Yuri Qriqoryev, Dmitri Qusev, Dmitri Barışnikov, Yuri Ofiserov, Dmitri Xlamkin, Loretis Vitkauskas və Mixail Korovin “Şişkan”ın dəstə üzvləri olub.

 

Təqsirləndirilən şəxslər cinayət birliyin tərkibində iştirakda və digər bu kimi ağır cinayətlərdə ittiham olunurlar. Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210-cu maddəsinin 1,2 və 3-cü bəndələri ilə ittiham irəli sürülüb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları adıçəkilən şəxsləri Pskov, Ryazan, Tver və Moskva ətrafı əraziləridə saxlayıblar. Onların üzərindən çoxlu sayda silah-sursat aşkar edilərək götürülüb.

İstintaqın gəldiyi nəticəyə görə, cinayətkar qrup  “Şişkan”tərəfindən 2010-cu ildə yaradılıb və dəstə üzvləri Ramenski rayonunu nəzarətdə saxlayıb. Onlar rayon deputatı Tatyana Sidorovanın və onun ailə üzvlərinin qətlində, həmçinin 2014-cü ildə iş adamına hücum edərək öldürməkdə təqsirləndirilirlər.

Qeyd edək ki, “Şişkan” və dəstənin 4 üzvü bu ilin yayında həbs ediliblər./Virtualaz.org