"Sisi Mübarəkdən daha pisdir" - “Foreign Policy” jurnalından SENSASİON MƏQALƏ

Baxış sayı:
7156

Birləşmiş Ərəb Əmrliklərinin maliyyələşdirdiyi “Foreign Policy” jurnalı Misirin çevrilişçi generalı Sisi haqqında, "Sisi Mübarəkdən daha pisdir" başlığıyla bir yazı yayımlayaraq Misirdə qurulan diktatorluğun gəldiyi nöqtəni izah edib.
 
Misirdə reallaşdırdığı qanlı çevrilişdən sonra ölkənin rəhbərliyinə ələ keçirən və Qərb ölkələrinin dəstəyini alan çevrilişçi general Sisi-nin ölkədə reallaşdırdığı son dəyişikliklər Qahirə rəhbərliyinin bir diktatorluğa çevrildiğinin göstəricisi olaraq şərh olunub.
“Foreign Policy” jurnalında nümayiş olunan, "Sisi Mübarəkdən daha pisdir" başlıqlı yazıda, Misirdəki son konstitusiya dəyişikliklərinə istinad edərək Sisi-nin son bir neçə ildə konstitusiyanı görməməzlikdən gələrək müxaliflərini mərhəmətsizcə mühakimə və edam etdiyi ifadə edilib.
Sisi-nin konstitusiyada etdiyi dəyişikliklərə istinad olan “Foreign Policy”, "Sisi konstitusiyada 3 əhəmiyyətli dəyişikliyə edərək diktatorluğunu gücləndirdi. Özünü dövlətin çöküşünü önləyən müqəddəs xilaskar olaraq görür" deyə qeyd edib.
Eyni zamanda, Misirin köhnə "lideri" Hüsnü Mubarak ilə də müqayisə edilən Sisi, “Foreign Policy” görə, Mübarəkdən daha pis bir rəhbərlik sərgiləyir. Hüsnü Mübarəkin öz dövründə qeyri-hökumət təşkilatlarına məhdud da olsa yer verdiyini ifadə edən jurnal, Sisi-nin çox daha boğucu bir diktator olduğunu yazıb.

Müxalifət.az