Şirvanda ər arvadını bıçaqladı – YENİLƏNDİ

Baxış sayı:
7412

Bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilən 36 yaşlı Əhmədova Xəyalə Eldar qızı reanimasiyaya yerləşdirilib.
Şirvan şəhər xəstəxanasından cərrah Əfsər Rzazadənin publika.az-a verdiyi məlumata görə, xəstə gecə saatlarında qarın boşluğundan bıçaqlanma ilə xəstəxanaya daxil olub: "Xəstə qarının ön divarının daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş diaqnozu ilə xəstəxanaya daxil olub. Bıçaq daxili orqanları qaraciyəri, bağırsaqları zədələyib. Dərhal əməliyyata alınıb. Hazırda xəstə reanimasiyada nəzarətdə saxlanılır. Vəziyyəti stabildi. Xəstənin dediyinə görə, hadisə ailə məişət zəminində baş verən mübahisə zamanı olub"
 
***

Şirvan şəhər xəstəxanasına bıçaq xəsarəti ilə 36 yaşlı qadın daxil olub.
APA-nın məlumatına görə, Şirvan şəhərində məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Xəyalə Eldar qızı bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş diaqnozu qoyularaq əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır. Bəzi məlumatlara görə, qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı ehtimal olunur.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.