Şirvanda 38 yaşlı qadın dərman içərək özünü öldürmək istədi

Şirvanda qadın intihara cəhd edib.
 
Şirvan sakini, 1979-cu il təvəllüdlü Rüstəmova Ülkər Əvəz qızı çox miqdarda psixotrop dərman qəbul edərək intihara cəhd edib.
 Ü. Rüstəmova Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Görülən təxirəsalınmaz tədbirlərdən sonra onun həyatını xilas etmək mümkün olub.
 Faktla bağlı araşdırma aparılır.