Şirvanda 10 yaşlı qızı maşın vurub

Şirvanda azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
“Mercedes” markalı, 10 VV 887 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini, 2007-ci il təvəllüdlü Niftiyeva Mədinə Azad qızını vurub.
 Azyaşlı Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
 Faktla bağlı araşdırma aparılır.