​Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə: 16 nəfər... - YENİLƏNDİ / FOTOLAR

Baxış sayı:
15804

Şirvanda toy mərasimi zamanı zəhərlənənlərin sayı 16 nəfərə çatıb.
Zərərçəkmişlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan 12-si qadın, 4 nəfəri isə kişidir.

***
21:35

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.
Zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.
Nəticədə 10 nəfərdən çox xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır (Report).