Şirniyyat mağazasında siçovul "qonaqlığı" - VİDEO
Yasamal rayonunda yerləşən "Gəncə Cake House” adlı şirniyyat mağazasının vitrinində, şirniyyatların üzərində siçovulun gəzdiyini əks etdirən video yayılıb.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Muxalifet.az-a bildirilib ki, mağazada sanitar və gigiyenik qaydalara əməl olunmaması ilə əlaqədar olaraq, agentlik tərəfindən araşdırma başlayıb.
Bildirilib ki, araşdırmalardan sonra qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək: “Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Vətəndaşlardan xahiş edirik ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər. Bakı da daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər həyata keçirilir. Monitorinqlər qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərini əhatə edir”.
Görüntüləri təqdim edirik: