Şirməmməd Hüseynovla vida mərasimi keçiriləcək

Baxış sayı:
15172

Sabah, iyunun 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüsenovla vida mərasimi keçiriləcək. Muxalifet.az xəbər verir ki, bu barədə report -a Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib. Onun sözlərinə görə, mərasim sabah saat 11:00-da başlayacaq və iki saat davam edəcək. “Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, - deyə T.Əliyev əlavə edib. Ş.Hüseynov bu gün 95 yaşında vəfat edib.