​Şirkət əməkdaşının GÖZÜ DÖNDÜ: 5 ölü, 6 yaralı - VİDEO

Baxış sayı:
6655

ABŞ-ın İllinoys ştatının Avrora şəhərində atışma olub. Muxlifet.az xəbər verir ki, hadisə İllinoys ştatında, "Henry Pratt" şirkətinin mənzil qərargahı qarşısında qeydə alınıb. Hadisə zamanı 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar arasında polis əməkdaşları və mülki şəxslər də var. Şahidlərin sözlərinə görə, silahlı şəxs lazer nişangahı olan tapança ilə ətrafdakılara atəş açıb. Məlumata görə, hadisəni törədən şəxs zərərsizləşdirilib. Onun boru kəməri istehsal edən korporasiyanın 45 yaşlı əməkdaşı olduğu müəyyən olunub. İnsidentin səbəbi məlum deyil./publika İnsidentin səbəbi məlum deyil.