Sirkdə DƏHŞƏTLİ FACİƏ: Qadın akrobat hündürlükdən yıxılaraq can verdi - ANBAAN VİDEO
23-05-2019 11:24
Baxış sayı:
4648
Türkiyənin Antalya şəhərinin Belek bölgəsində fəaliyyət göstərən bir əyləncə mərkəzinin həyətində quraşdırılan sirk çadırında faciə baş verib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, məşq zamanı 3 akrobat 12 metr hündürlükdən yıxılıb.
Onlardan 37 yaşlı kolumbiyalı Angeliqe Suarez yerindəcə həlak olub. Digər iki akrobat isə ağır yaralanıb.
Hadisə mayın 11-də meydana gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı istintaq başladılıb.