​Sirkə turşusu içərək özünü öldürmək istədi – VƏZİYYƏTİ AĞIRDIR

Baxış sayı:
310

Şamaxı rayonunda yerli sakin intihara cəhd edib.
 
Muxalifet.az "report"-a istinadən bildirir ki, rayonun Şəhriyar qəsəbə sakini, 1995-ci il təvəllüdlü İntiqam Bəxtiyar oğlu Rəfiyev axşam saatlarında sirkə turşusu içərək özünü öldürmək istəyib.
 
Hadisədən xəbər tutan İ.Rəfiyevin valideynləri dərhal Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən İ.Rəfiyevin vəziyyəti ağırdır.
 
Onun hansı səbəbdən intihara cəhd etdiyi hələlik məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.