Əsir düşən terrorçuların etirafları: TÜRK ƏSGƏRİ BİZİ BİTİRƏCƏK

Baxış sayı:
5983

Cinderesinde sağ ələ keçirilən 5 terrorçu: “Bəzi təşkilat üzvləri Türk əsgərinin bu qədər qətiyyətli savaşdığını görməmişəm deyirdi. Təlaş və qorxu Burseya Dağını almaqla başladı”.
 
Türk Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində terror təşkilatlarına qarşı aparılan “Zeytun Budağı” Hərəkatı davam edərkən, Cinderesi bölgəsində sağ olaraq ələ keçirilən 5 YPG-li terrorçunun ifadələri, təşkilatın tükənmə nöqtəsinə gəldiyini nümayiş etdirib. Kafr Cenna kəndindəki terror təşkilatına aid düşərgədən silahlarını buraxaraq qaçan 5 terrorçu ifadələrində bunları etiraf ediblər:
 
“MÜLKİ ƏHALİ ÖLDÜRÜLÜR” YALANI ALINMADI
 
Andok Kendal (32 yaş): “Türkiyə üçün söylədikləri mülki əhali qətlə yetirilir yalanı keçmədi. Dərc olunan o fotolar internet saytlarından kopyalanmış saxta rəsmlərdir. Şəhərciyin kommunikasiyada istifadə etdiyi kompüterində qeydiyyatda olan ünvanlara Türkiyədən və bir çox Avropa ölkəsindən, "İllərdir 3.5 milyondan çox Suriyalıya təkbaşına baxan Türkiyə üçün mülki əhali qətlə yetirilir yalanlarınız keçmir. Bunları dərc etməyin" deyə, şərhlər yazılırdı. Amma o şərhlər silinirdi.
 
TÜRK ƏSGƏRİ YPG-ni BİTİRƏCƏK
 
Həsən Rubar (39 yaş): “Türk əsgəri YPG-ni bitirəcək. Günlərdir simsiz rabitədən bizimkilər bu anonsu verirlər: "Bitdik, məhv oldur. Türk əsgəri bizi burada bitirəcək. Təcili köməyə gəlin, bütün dostlar vuruldu".
 
TÜRK ƏSGƏRİNİ GÖRƏNDƏ QORXU VƏ TƏLAŞ BAŞLADI
 
Azad Andok (38 yaş): Burseya Dağına Türk əsgəri yaxınlaşdıqda orada öləcəyimizi anladıq və 23 yoldaşla tunellərdən qaçaraq Cinderesi bölgəsinə gəldik. Burseya Dağında əsgərlə toqquşarkən yanımda olan Hogir və Şehə kod adlı Qəndildən gələn PKK-lı öz aralarında "8 ildir ki, dağdayam, Türk əsgərinin bu qədər qərarlı və ölümə meydan oxuduğunu görməmişəm" deyə, dediklərinin şahid oldum. Təlaş və qorxu artıq o vaxt başlamışdı. Təyyarələr və tanklar hədəfləri tam dəqiqliklə vururdular. 9 ay əvvəl "Gəlməsən ailəni öldürərik" dedikləri üçün onlara qoşulmaq məcburiyyətində qaldım”.
Müxalifət.az