​Siqareti tərgidəndə nə baş verir?

Baxış sayı:
15601

Heç şübhəsiz ki, siqaret dünyamızın ən böyük bəlalarından biridir. Çünki insan öz əli ilə pul xərcləyərək canına "düşmən" olur. Bəziləri yeməsə də, içməsə də, siqaretsiz gün keçirməyi təsəvvür etmir. Tütün artıq onların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bir çoxları bu zərərli vərdişdən çəkinmək əvəzinə, onun "faydalarını" da əsaslandırmağa çalışırlar. Siqaretdən imtina etdikdən sonra bədəndə bir çox müsbət proseslər baş verir. Muxalifet.az foodinfo.az-a istinadən həmin prosesləri təqdim edir: - Nəfəsalma daha rahat olur; - Qan dövranı normala qayıdır; - Qandakı oksigen miqdarı normal vəziyyətinə gəlir. İnfarkt keçirmə riski azalır; - Siqareti tərgidəndən 1 gün sonra bədən karbonmonoksiddən təmizlənir; - 2 gün sonra isə qandakı nikotin miqdarı azalır. Dad və qoxu hissiyyatı artır; - 3 gün sonra nəfəs yollarının rahatlaşması nəticəsində tənəffüs sistemi özü-özünü bərpa etməyə başlayır; - 2-12 həftə aralığında bədəndə mübadilə prosesi düzəlir, infeksiyalara qarşı müqavimət artır. Yeriyərkən yorulma və təngənəfəsllik aradan qalxır; - 3-9 həftə aralığında öskürək və boğaz yolunda xırıltılı danışmaq problemləri azalır. Ağciyərlər funksiyasını 10 faiz daha da artırmış olur; - 1 ildən sonra isə koronar ürək xəstəliyi riski yarıya enir; - 1-3 il aralığında sidik kisəsi xərçəngi riski 50 faiz azalır; - 10-15 il sonra isə infarkt riski ümumiyyətlə siqaret istifadə etməyənlərlə eyni səviyyəyə gəlir. P.S. Siqaret çəkmədiyiniz müddətdə sizə qalan əlavə pullarla özünü mükafatlandırmağa çalışın. Onda özünü daha yaxşı hiss edəcəksiniz.